Xarici aləmdə işıq yoxdur

Zəmanəmizdə elm adamlarının son elmi ixtiralar işığında tapdıqları maraqlı bir həqiqət vardır: Dünyamız həqiqətdə zülmət qaranlıqdır. Çünki bu gün artıq məlumdur ki, işıq tamamilə subyektiv bir anlayışdır; yəni insanların beynində bir hiss olaraq meydana gələr. Həqiqətdə xarici aləmdə işıq yoxdur. Nə lampalarımız, nə avtomobil faraları, nə də ən böyük işıq qaynağı olaraq bildiyimiz Günəş əslində işıq saçmaz.
Günəş və digər "işıq qaynaqları", sadəcə çox müxtəlif dalğa uzunluqlarında fərqli növdə elektromaqnit hissəciklər saçar. Bu hissəciklər, strukturlarının nəzərdə tutduğu şəkildə kainata yayılır. Bunlardan bir qismi dünyamıza çatır və yenə strukturlarının tələb ilə müxtəlif təsir meydana gətirir. Bu təsir, hissəciyin həcminə, ağırlığına, sürətinə, tezliyinə görə dəyişir.
Məsələn, bir çox radioaktiv hissəcik bədənimizin içindən keçib gedər. Onları ancaq qurğuşun lövhələri dayandıra bilər. Bu hissəciklərin bəziləri elə ağır və enerji yüklüdür ki, çox vaxt toqquşduqları molekulu parçalayaraq yollarına azmadan davam edərlər. Bu, radiasiyanın xərçəngə yol açmasının arxasında duran səbəbdir. Daha zəif bir radiasiya olan rentgen şüalarından faydalanılaraq rentgen cihazları ixtira edilmişdir. Bu cihazların gördüyü iş, radio dalğalarının meydana gətirdiyi təsiri "görülə bilən işığa" çevirmək, yəni gözlərimiz tərəfindən qəbul edilə bilən hala gətirməkdir.
Radio dalğalarda hissəciklər olmadığı üçün toqquşma zamanı insana zərər verməzlər. Bu dalğalar heç bir duyğu orqanımız tərəfindən hiss olunmaz, ancaq evlərimizdəki radiolar bunları qulaqlarımız tərəfindən eşidilən səs dalğalarına çevirər. Radioda bir yayım olmadıqda eşidilən xışıltı, əslində Günəş və bütün ulduzlar tərəfindən kainatın başlanğıcından bu yana yayılan kosmik fon radiasiyasının "səsidir". Burada "səs" sözü ilə nəzərdə tutulan, bu dalğaların radiolarımız tərəfindən işlənərək qulaqlarımız tərəfindən eşidilə bilən hala gətirilməsindən sonra beynimizdə meydana gətirdikləri qavrayışdır.
"İşıq" dediyimiz qavrayış mənbəyini təşkil edən fotonlar isə daha çox yüngül hissəciklərdir və əksəriyyətlə ilk toqquşduqları atomdan sıçrayarlar. Üstəlik bunu edərkən dəydikləri yerə çox zərər də verməzlər. Tezlikləri, yəni titrəşmə sürətləri səbəbiylə daha çox enerji yüklü olan ultrabənövşəyi şüaları, dərimizə nüfuz edə bilər və bəzən genetik şifrəmizdə pozulmalara səbəb ola bilər. Müəyyən saatlarda günəş işığına həddindən artıq çox məruz qalmanın xərçəngə səbəb ola bilməsi də buna görədir.
Tezlikləri gərəyi infraqırmızı olaraq adlandırılan fotonlar isə toqquşduqları səthdə enerjilərinin bir qismini buraxarlar və buradakı atomların titrəmə sürətini, yəni istiliyini artırırlar. Bu istiqamətləriylə infraqırmızı şüalar, istilik şüaları olaraq da adlandırılır. Közərmiş bir kömür sobası və ya bir elektrik sobası bol miqdarda infraqırmızı şüa yayar. Bu şüalar dərimiz tərəfindən istilik hissi olaraq "görülər", yəni qəbul edilər.

Məhz fotonların bir qismi də vardır ki, tezlikləri ultrabənövşəyi və infraqırmızı şüaların arasında qalmışdır. Bunlar gözümüzün arxasındakı retina təbəqəsinə düşdüyündə buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilirlər. Biz də əslində bir hissəcik olan fotonları "işıq" olaraq qəbul edərik. Əgər gözümüzdəki hüceyrələr fotonları "istilik hissəcikləri" olaraq qavrayarlarsa, o zaman bizim üçün işıq, rəng və qaranlıq olaraq adlandırdığımız anlayışlar heç bir zaman olmayacaq, cisimlərə baxdığımızda onların yalnız "isti" və ya "soyuq" olduqlarını hiss edəcəkdik.