Məkan məfhumunun ortadan qalxması

Maddə dediyimiz hər şeyin (öz bədənimiz, ətrafımızdakı cisimlər, üzərinə basdığımız yer, günəş, planetlər, ulduzlar və s.) əslində beynimizdə qəbul etdiyimiz halını bilirik; eyni yuxulardakı kimi. Bu səbəbdən bunların əslində necə olduqlarını bilmərik.
Bu həqiqəti qavrayan insan, insanların çoxunun içinə düşdüyü yanılmalardan xilas olar. Bu yanılmaların birincisi, məkan anlayışına olan inancdan qaynaqlanan "Allah haradadır?" sualı gəlir. İnsanların çoxu Allahı (Allahı tənzih edirik) uzaqda, göydə və ya kainatın bir başqa küncündə zənn edərlər. Bu cahil inanc, Quranda Firon hekayəsində ifadə edilir. Firon, böyük bir cahiliklə, Misirin Rəbbinin özü olduğunu iddia edərkən (Allahı tənzih edirik) Allahın göydə olduğunu iddia etmişdir. Bunu xəbər verən ayələrdə belə buyrulur:

Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə yollara çatım – göylərin yollarına çatım və Musanın məbudunu görüm....
(Mümin surəsi, 36-37)

Halbuki əslində, Allah hər yerdədir və hər şeyi əhatə etmişdir. Bu həqiqət bir Quran ayəsində belə açıqlanır:

Şərq də, qərb də, hansı səmtə yönəlsəniz, Allahın üzü (qibləsi) oradadır. Şübhəsiz ki, Allah hər şeyi Əhatə edəndir, biləndir.
(Bəqərə surəsi, 115)

 

Allah tək mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri əhatə etmişdir və Allah bütün kainatda təcəlli edir. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v), Allahın göydə olduğunu söyləyən bir şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət, Allahın hər yerdə olduğu həqiqəti ilə heç bir şəkildə ziddiyyət təşkil etmir. Çünki, dünyanın sizin olduğunuz nöqtədəki bir insan əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub Qütbündə bir başqa insan da eyni şəkildə Allaha yönəlsə, Şimal Qütbündə bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı bir insan, Amerikadakı bir insan, Ekvatordakı bir insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit istiqamətdən bəhs etmək mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua etsə, hər hansı bir sabit göydən və ya istiqamətdən söz etmək mümkün olmayacaq, bütün kainatı əhatə edən bir vəziyyət olacaq. Siz hər hansı səmtə yönəlsəniz, Allahın təcəllisi oradadır.
Allah hər yerdə olduğu üçün, bizə başqa hər şeydən daha yaxındır. Bu, insanların çoxunun aldandığı "məsafə" qavrayışını ortadan qaldıran bir həqiqətdir. İnsanlar tez-tez öz bədənlərinin yanında gördükləri varlıqları "yaxın" olaraq adlandırırlar. "Sizə ən yaxın cisim nədir" deyə soruşulsa, buna, "paltarlarım, saatım, eynəyim" deyə və ya "öz bədənim" deyə cavab verəcəklər. Halbuki, Allah insana bütün bu sayılanlardan daha yaxındır. Bir Quran ayəsində bu sirr belə xəbər verilir:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından daha yaxınıq. (Qaf surəsi, 16)

Bu həqiqəti qavrayan insan, Allahın onun tək dostu, tək vəlisi, tək köməkçisi olduğunu başa düşər. Beləcə, Quranın ilk surəsi olan Fatihə surəsindəki "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik" şəklindəki duanın sirrinə vaqif olar. Eyni şəkildə, dünyadakı bütün işlərin Allahın istəyi ilə reallaşdığını, Onun təyin etdiyi qədərə görə işlədiyini, heç bir insanın və varlığın Allahın iradəsi xaricinə çıxa bilməyəcəyini də başa düşmüş olar. Bu, aşağıdakı Quran ayəsində bildirilən sirrin qavranmasıdır:

Göylərdə və yerdə olanlar Onundur; Hamısı Ona könüldən boyun əyirlər.
(Rum surəsi, 26)

 

Məkanın bir qavrayış olduğunun başa düşülməsi, axirət həyatının necə yaşanacağı mövzusundakı səhv fikirləri və şübhələri da aradan qaldırar. Axirətə inanmayan, ya da axirətin varlığı mövzusunda şübhəsi olan insanların çoxu, son dərəcə sabit və qərarlı sandığı kainatın necə yox olub, bunun yerinə cənnət və cəhənnəmi ehtiva edən yeni bir aləm qurulacağını başa düşə bilməz. Halbuki sabit və qərarlı sandığı kainat, Allahın onun ruhuna göstərdiyi hisslər toplusundan ibarətdir. Bir qavrayışın yox olub, yerinə bir başqasının insana verilməsi isə Allah üçün çox asandır. İnsan gecə yatdığında gördüyü yuxudan necə bir anda oyana bilirsə və tam fərqli bir aləmə ("həqiqi dünya" sandığı bu dünyaya) keçə bilirsə, dünya həyatından axirət həyatına da o şəkildə keçəcək. Sabit və qərarlı sandığı, halbuki həqiqətdə Allahın hər an yaratması ilə davam edən kainat, böyük bir qiyamətlə yox olacaq və sonra cənnət və cəhənnəm yaradılacaq.
Maddənin bir xəyal olduğunu, məkanın zehnimizdəki qavrayış olduğu və Allahın hiss və vəhm mərtəbəsində yaratdığı bir dünyada yaşadığını anlayan insan, daha bir çox böyük sirrə vaqif olur. İnsanların çoxundan fərqli olaraq, "səbəblər" (yəni Allahın yaratdığı hadisələr və varlıqlar) arasında boğuşmaqdan xilas olar.
Səbəblərə ancaq feli dua olaraq müraciət edər. Həqiqətdə isə hər xeyirin və şərin Allahdan olduğunu bilir və hər işində Ona dua edib Ondan kömək istəyər. Mal və mülk ehtirasına qapılmaz. İnsanların gözlərində böyütdükləri malların və mülklərin; məsələn, görkəmli evlərin, lüks avtomobillərin, bahalı geyimlərin, əhəmiyyətli mövqelərin yalnız zehnindəki halıyla təmasda olduğunu bildiyi üçün bunlara bir dəyər verməz. Bilir ki, Allah bu dəbdəbəli bəzəkləri insanları sınamaq üçün yaratmışdır. Bunları dilədiyinə verir, dilədiyindən geri alır.
Maddənin və məkanın xəyal olduğunu anlayan insan, Allahdan başqa hər hansı bir varlıqdan qorxmaqdan da xilas olar. Gördüyü hər şey Allahın yaratdığı qavrayışlardır və Allahın izni olmadıqca heç kim ona bir şey edə bilməz. Özündən çəkinib-qorxulmağa layiq olan tək varlıq Allahdır. Bunu qavrayan insan, Allahın "Onlar Allahın risalətini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar" (Əhzab surəsi, 39) ayəsiylə təsvir etdiyi peyğəmbərlərin üstün əxlaqına qovuşmuş olar.