Qüllə və zirvəsindəki bağlı otaq

Bu saytın adını da meydana gətirən bəhs etdiyimiz qüllə anlayışı, mövzunu daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.
Mənası budur: Əgər indi beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün xarici aləmdəki əsli ilə təmasda olduğunuzu iddia etsəniz, o zaman bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməniz lazımdır. Bu vəziyyətdə siz, hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adam olarsınız.
Bu nəticəyə necə gəlindiyini mərhələ-mərhələ düşünək:
1) Hal-hazırda gözlərinizi çevirib ətrafa baxdığınızda bir çox cisim görürsünüz. Divarlar, əşyalar, səma, evlər, insanlar, avtomobillər və bütün bunlarla yanaşı bir də öz bədəniniz. Bütün bu cisimlərin hamısı, bədəniniz də daxil olmaq üzrə eyni yerdədirlər.
2) Bu yer görəsən haradır? Əvvəlki səhifələrdə şərhləri xatırlasanız bu yerin başqa hər hansı bir yer deyil, birbaşa sizin beyninizin içindəki görmə mərkəzi olduğunu fərq edə bilərsiniz. Yəni təmasda olduğunuz bütün dünya, öz bədəniniz də daxil olmaq üzrə, kəllənizin içində, beyninizin arxa tərəflərində yerləşən bir neçə sm3 həcmindəki sahədədir. Hal-hazırda kəllənizin içindəki bu sahədəki kitaba baxırsınız. Kitabı əllərinizlə çevirərkən gördüyünüz və hiss etdiyiniz əllər beyninizin görmə və toxunma mərkəzlərində yerləşir. Bədəninizin bütün orqanları da eyni yerdə; kəllənizin içindədir. Bu kitabı oxuyarkən oturduğunuz kreslo, kreslonun içində olduğu otaq da eyni yerdədir.
3) Yaxşı qavrayışı ilə təmasda olduğunuz və kəllənizin içində yerləşən bu bədəndən başqa, çöldəki bədəninizin əslini gördüyünüzə mi inanırsınız? Əgər belə bir bədəni gördüyünüzə inanırsınızsa, bilin ki, onu indiyə qədər heç görə bilmədiniz. Necə bir şey olduğuna dair heç bir qəti məlumata sahib deyilsiniz. Belə bir bədənin necə olduğuna dair yalnız fərziyyə irəli sürə bilərsiniz.
4) Əgər bədəninizin əslini gördüyünüzə inanırsınızsa, onun indi gördüyünüz bədəninizin xaricində yerləşən bir nəhəng olduğunu qəbul etməniz lazımdır. Siz və bütün gördükləriniz, yəni otağınız və ya kənardakı cisimlərin hamısı bu nəhəngin kəlləsindəki görmə mərkəzində yerləşdiyinə görə, onun maddi bədənini həddindən artıq çox böyük olması lazımdır. Hal-hazırda olduğunuz məkandan daha aşağıda çiyinləri, qolları, bədəni, baldırları və ayaqları uzanmalıdır. (Əgər o da sizin kimi iki qollu, iki ayaqlı bir insandırsa.)
5) Bu vəziyyətdə, siz bir nəhəngin kəlləsində yaşayan miniatür insan olarsınız. Bir başqa ifadəylə, nəhəng bir qüllənin təpəsindəki kilidli bir otaqda yaşayan, bu otaqdan heç bir zaman çıxa bilməyən, yalnız önünə qoyulan ekranı seyr edən, həbs edilmiş bir insan olarsınız. Qüllə, əslini gördüyünüzü iddia etdiyiniz bədəniniz, gördüyünüz bədən isə qüllənin təpəsində həbs olan kiçik adamdır.
Bu nəhəng qülləni (yəni əslini gördüyünüzü sandığınız bədəninizi) heç görə bilməzsiniz. Çünki qüllənin təpəsindəki kiçik qaranlıq otağa həbs edilmişsiniz. Həyatınız boyunca o otaqdan çıxa bilməzsiniz. O qaranlıq otağın divarlarına əks etdirilən görüntüləri izləyərsiniz. Bu görüntülərdəki bəzi cisimlər (məsələn ulduzlar) sizə bəlkə milyonlarla kilometr uzaqlıqda kimi gələ bilər. Halbuki həqiqətdə həmişə eyni kiçik otağının içindəsiniz.
Bu mövzunu daha yaxşı başa düşmək üçün, televizorlarda tez-tez rast gəldiyimiz fantastik cizgi filmlərdən də bir nümunə verə bilərik. Bu cizgi filmlərinin bəzilərində nəhəng bir bədən, kəlləsindəki nəzarət mərkəzində oturan bir adam tərəfindən nəzarət edilir. Məsələn, "Voltran" adlı məşhur cizgi filmdə, nəhəng robotlar, baş hissəsindəki mərkəzdə oturan bir adam tərəfindən idarə olunar. Nəhəng robot bu insanın əmrlərinə görə hərəkət edər. Adam, nəhəng bir qüllə böyüklüyündəki robotun içində oturan kiçik bir vücuddur.
Məhz əgər indi gördüyünüz, hiss etdiyiniz bədənin əsli ilə təmasda olduğunuza inanırsınızsa, belə bir sistemi qəbul etməniz lazımdır. Bir başqa ifadəylə, sanki "bir qüllənin təpəsindəki otaqda oturan kiçik adam" və ya "nəhəng bir robotun təpəsində oturan kiçik adam" olduğunuzu qəbul etməniz lazımdır.
Əgər indi gördüyünüz, hiss etdiyiniz bədənin təxminən 1.80 metrə yaxın  boyu olduğunu düşünürsünüzsə, ediləcək müqayisədə, çöldə əsli ilə təmasda olduğunuzu qəbul etdiyiniz bədənin, bir neçə sm3 ölçüsündəki qavrama mərkəzlərinə görə bir nəhəng halına gəldiyini də qəbul etməlisiniz. Əgər vücudunuz bir qüllə, bunları qəbul edən "Mən" də o qüllənin təpəsindəki hücrədə yaşayan bir insan olaraq düşünülərsə, bu qüllənin boyu yüzlərlə metrə çatmalıdır. Əgər "mən" dediyiniz vücud görünüşünüz 1.80 metr isə, əsli ilə təmasda olduğunuzu qəbul etdiyiniz bədən də yüzlərlə metr boyunda olmalıdır.
Bu mövzunu belə bir misalla daha açıqlayaq: Beynində gördüyü avtomobilin çöldəki əsli ilə təmasda olduğunu sanan adam bunları düşünməlidir.
-Maşına aid görüntü insanın beynindəki görmə mərkəzində meydana gələr. Görmə mərkəzi isə ümumi bir neçə sm3 ölçüsündəki bir sahədir. Əgər bu sahəyə bir neçə metr uzunluğunda bir avtomobilin görünüşü sığırsa, bu sahənin də ən az bu genişlikdə olması lazımdır.
-Əgər bu sahə bir neçə metr genişliyindədirsə, bu vəziyyətdə insan beyninin də bu sahə ilə mütənasib şəkildə çox böyük ölçülərdə olması lazımdır.
-Əgər insan beyni belə geniş bir yeri əhatə edirsə, insanın bədəninin də yenə beyniylə düz mütənasib olaraq kilometrlərlə uzunluqda olması lazımdır.
Burada sadəcə bir avtomobili görən adamdan bəhs edildi. Eyni vəziyyəti kilometrlərlə uzanan bir vadiyə baxan adam üçün düşünək. Əgər vadinin əslini gördüyünü iddia edirsə, bu adamın görmə mərkəzi də eyni şəkildə ən az kvadrat kilometrlərcə olan sahədən də böyük olmalıdır. Bu vəziyyətdə insanın beyni, daxili orqanları, qolları, ayaqları da bununla mütənasib şəkildə nəhəng bir ölçüdə olmalıdır.
Belə bir şey mümkün olmadığına görə, çöldə bir neçə metrlik bir avtomobilin və ya kvadrat kilometrlərlə yer əhatə edən bir vadinin var olduğunu və insanın da bunların əslləri ilə təmasda olduğunu iddia etmək son dərəcə məntiqsiz deyilmi?