Allahın təyin etdiyi səbəb-nəticə əlaqələri

Maddənin və məkanın bir xəyal olduğunu anlayan insan, digər insanların bilmədiyi çox əhəmiyyətli bir sirri daha qavrayar: Dünyada keçərli olan səbəb-nəticə əlaqələri, maddənin fiziki xüsusiyyətlərinin nəticəsində və ya insanlar arasındakı əlaqələrin nəticəsində yaranmır. Maddə bir qavrayış olduğuna görə fiziki təsir sahibi ola bilməz. Hər fiziki təsir, ayrı-ayrı xəyal olaraq yaradılır. Məsələn, atılan bir daş şüşəni qırmaz; daşın atılması və şüşənin qırılması görüntüləri ayrı-ayrı yaradılır. Gəmiləri suda üzdürən "suyun qaldırma qüvvəsi" və ya quşları havada saxlayan "havanın qaldırma qüvvəsi" də bir xəyal olaraq yaradılır. Bu səbəbdən, əslində bu kimi "qüvvələr"in hamısı, əslində Allaha aiddir. Bu həqiqətə Quran ayələrində belə diqqət çəkilir:

Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
(Mülk surəsi, 19)

 

Məgər görmürsənmi ki, Allah, yerdə olanları və dənizdə onun əmri ilə axıb gedən gəmiləri, sizin faydanıza verdi. Və izni olmadıqca, göyü yerin üstünə düşməkdən qoruyar. Həqiqətən, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.
(Həcc surəsi, 65)

 

Bu sirri qavrayan möminin digər insanlarla olan əlaqələri də, insanların çoxunun qəbul etdiyi səbəb-nəticə əlaqələrindən fərqli şəkildə olar. Bütün insanları və onların müqəddəratını Allah yaratmışdır və bu səbəblə, insanlar arasındakı səbəb-nəticə əlaqələri də Allahın təyin etdiyi şəkildə olur. Məsələn, bir ayədə, Allah bu sirri xəbər verir:

Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir
(Maidə surəsi, 105)

 

Əgər müsəlmanlar doğru yolu taparlarsa, azanlar onlara heç bir zərər verə bilməyəcəklər. Bu, Allahın bir qanunudur, ancaq sadəcə Onun qüdrətini qavrayan və Ona layiqincə iman edən möminlər üçün keçərlidir. Bir başqa ayədə, Allahın bir başqa qanunu belə xəbər verilir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)

 

Bunun kimi digər bir çox sirr, iman edənlər üçün dünyanı tam fərqli bir yerə çevirir. İnkar edənlər üçün dünya həyatı (sahib olduqları bütün mal, mülk, mövqe və ehtişama baxmayaraq) hər cür çətinlik, qorxu, narahatlıq və gərginliklə dolu əzab yeri ikən, möminlər üçün cənnətin nümunəsinə çevrilir.