Qülləyə inanmağın axmaqlığı

Qüllədəki kiçik adam, bizim iddiamız deyil. Materialistlərin iddia etdikləri düşüncənin təbii bir nəticəsidir. Maddənin varlığının mütləq olduğu yanılmasında israr edən, bizim maddənin xaricdə var olan əsli ilə təmasda olduğumuzu müdafiə edən materialist, bu maraqlı nəticəsini də müdafiə etmək vəziyyətindədir. Çünki, gördüyü və hiss etdiyi bədəninin xaricində, bu bədəni və onun olduğu sahəni təpəsində daşıyan bir başqa bədən daha olduğunu iddia edir.
Bunu ətraflı olaraq düşündükcə, materialist iddianın nə cür axmaq bir cədvəl çəkdiyi açıq şəkildə görülər.
Əslində materialistlər, özlərinə belə ürküdücü gələcək bir canlını insan olaraq təsvir edir. Bu qorxuducu mənzərəni bir az təsvir edək: Materialist, bütün kainatı başının içində kiçik bir yerdə daşıyıb, ona yaxından baxan nəhəng birini təsvir edir. Günəş, Ay, ulduzlar və bütün işıq qaynaqları beyninin içində olduğu üçün də, bəhs etdiyimiz nəhəng, zəruri olaraq qaranlıqda gəzir. Bu nəhəngin ayaqları və qolları -bizim ölçülərimizlə müqayisədə- yüzlərlə metr uzunluqdadır. Yəni materialist, dərin qaranlıqda, beyninin içində daşıdığı kainatla birlikdə gəzən, hara getdiyini kimsənin bilmədiyi böyük bir nəhəngin insan olduğu nəticəsinə gələr.
Ancaq diqqət edilsə, haqqında bəhs etdiyimiz nəhəng adamın varlığına inanmaq, sadəcə materialist fəlsəfənin bir gərəyidir. Çünki gördüyümüz və toxunduğumuz bədənimizin əsli ilə təmasda olduğumuza inanmaq üçün başqa heç bir səbəb yoxdur. Belə bir məlumata nə üçün inanaq? Bunun həqiqi olduğuna dair heç bir dəlil yoxkən, heç kim belə bir bədən görməmiş, eşitməmiş, ona toxunmamış, etdiyi hər hansı bir şeyin izinə rastlamamış ikən, nə üçün bu qəribə nəhəng adamın varlığını qəbul edək?
Materialist fəlsəfəni kor-koranə qəbul etmək xaricində, belə xəyali bir maddi adamın varlığına inanmaq üçün bir səbəb yoxdur.