Beyindəki kiçik dünya

İnsanlar, olduqca inandırıcı görünən görüntülərə aldana və bu görüntüləri "həqiqi maddə" zənn edə bilərlər.
Tarixdəki ilk "kino nümayişi", bunun maraqlı bir nümunəsidir. 1895-ci ildə Auguste və Louis Lumierez adlı iki fransız ixtiraçısının Parisdə etdikləri bu ilk nümayişdə, stansiyaya yaxınlaşan bir qatarın görüntüsü pərdəyə əks etdirilmiş, ancaq zaldakı tamaşaçıların çoxu, qatarın onları əzəcəyindən qorxaraq çaxnaşma halında çölə qaçmışlar.
Bu nümunədən də aydın olduğu kimi, bir görünüşü "həqiqət" zənn edə bilməyimiz, görünüşdəki texniki keyfiyyət ilə yaxından əlaqədardır. İlk dəfə kino pərdəsi görən insanlar, bu, o dövr üçün çox üstün bir texnologiya olduğu üçün, gördükləri qatarın "həqiqi" olduğunu sanmış və çaxnaşmaya qapılmışlar. Bu gün isə eyni təsir, holoqram (üçölçülü görüntü) meydana gətirən xüsusi eynəklər sayəsində əldə edilir. Bu eynəyi taxan insanlar, gözlərinin qarşısında yaradılan virtual dünyanın gerçək olduğu hissinə qapılır, bu hissə görə hərəkət edirlər. Halbuki bu əsnada, bunun tamamilə virtual bir görüntü olduğunu qəti olaraq bilirlər.
Yaxşı "həqiqi dünya" dediyimiz görünüşlərin vəziyyəti nədir? Bunlar da texniki keyfiyyətləri səbəbiylə bizi yanıldan bir holoqram ola bilərmi?

Bu sualın cavabını tapmaq üçün, ilk növbədə, "görmə"nin nə olduğu haqqındakı məlumatlarımızı yenidən düşünməyimiz lazımdır.