Qüllənin zirvəsindəki kiçik adam

Bir əvvəlki hissədə araşdırdıqlarımızı qısaca yekunlaşdıraq: Bizim gördüyümüz, eşitdiyimiz, toxunduğumuz və adına "maddə" dediyimiz şeylərin əslini heç bir zaman bilə bilmərik. Biz əslində beynimizdə izlədiyimiz qavrayışlarla təmasda oluruq. Heç bir zaman beynimizdən çölə çıxıb gördüklərimizin, eşitdiklərimizin, toxunduqlarımızın əsli ilə təmasda ola bilmərik, bunların əsllərinin necə olduğuna nəzarət edə bilmərik. Yuxu ilə həqiqi həyat arasında texniki bir fərq yoxdur, hər ikisini də beynimizdə görərik. Bizim çox böyük sandığımız dünya, əslində beynimizin içinə sıxışmış qavrayışlar toplusudur. Bizdən milyardlarla kilometr uzaqda sandığımız nəhəng qalaktikalar, beynimizdəki görüntü mərkəzində yerləşən, yəni bizdən "uzaqda" deyil, əksinə "içimizdə" var olan hisslərdir.
Bu, insanların çoxunun, bəlkə də hamısının xəbərsiz olduğu çox böyük bir həqiqətdir. Amma başqalarının bu həqiqətdən xəbərsiz olması, bizim üçün bir bəhanəyə səbəb olmaz. Çünki "başqalarını" da beynimizin içində görürük. Bir görünüşlə əlaqədəyik və gördüklərimizi anlamaqla məsul olan bizik.
Gördüyümüz insanların hamısı bizə "bu dünyanın əslini görürsünüz, surətini deyil" desə də, bu bir şeyi dəyişdirməz. Yuxunuzda da minlərlə insanın bir ağızdan "bu bir yuxu deyil, həqiqətdir" dediklərinə şahid ola bilərsiniz. Amma bir az sonra yuxu bitər və bu kəslər bir anda yox olarlar. Çünki bir hiss olmaqdan başqa, onsuz da heç var olmamışlar. Həqiqi həyat da bir gün –ölümlə birlikdə- belə bitəcək və gördüyümüz bütün varlıqlar (bizə "bu, dünyanın əsli" deyən insanlar daxil) yox olub gedəcəklər, onların yerinə yeni bir aləm qarşımıza çıxacaq. Bu, axirət aləmidir. Allah, dünyadakı kölgə varlıqları özlərinə həyat məqsədi halına gətirən və ya onlardan mədət uman və beləcə onları bütləşdirən insanların ölüm anındakı vəziyyətini Quranda izah edərkən bu həqiqəti belə açıqlayır:
 

... Nəhayət, elçilərimiz onların son vermək üzrə yanlarına gəldikdə: "Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?""Onlar bizi qoyub qaçdılar!" Deyəcəklər. (Beləliklə) Bunlar, həqiqətən kafirlər olduqlarına öz əleyhlərində şahidlik etdilər.
(Əraf surəsi, 37)

Burada izah etdiyimiz həqiqətlərə etiraz edənlər, materialistlərdir. Yəni maddənin mütləq varlıq olduğu və insan zehninin də maddənin törəməsi olduğu səhvinə inananlardır. Materialistlər ümumiyyətlə burada izah edilən həqiqəti, yəni maddənin əsli ilə heç bir zaman təmasda ola bilmədiyimiz həqiqətini düşünmək və müzakirə istəməzlər. Hətta çox vaxt buna əsəbiləşərlər. Maddə dediyimiz anlayışın həqiqətdə zehnimizdəki qavrayış halını bildiyimiz, 18-ci əsrdə məşhur İngilis mütəfəkkir və din adamı Corc Berkeley tərəfindən sistemli bir şəkildə açıqlandığında, materialistlər qəzəbli reaksiyalar vermişlər. Eyni dövrdə yaşayan materialist mütəfəkkir Samuel Johnson, bir daşa təpik atmış və "budur, Berkeleyi çürütdüm" deyə bağırmışdır. Halbuki, Johnsonun -və daha sonra bənzər cavablar verən digər materialistlərin- primitiv reaksiyası yalnız mövzunu anlamaqdan nə qədər uzaq olduqlarını göstərir. Çünki nə daşlara təpik atmaları, nə divarları yumruqlamaları, maddənin əsli ilə təmasda olduqlarına dair bir dəlil meydana gətirməz. O anda etdikləri və hiss etdikləri hər şey, bir hiss olaraq beyinlərinin içindədir. Daşa təpik atan da beyinin içindəki daşa təpik atar, divarı yumruqlayan da beyinin içindəki divarın görüntüsünü yumruqlayar. Necə ki, yuxularında da daşları eyni reallıqla təpikləyə bilərlər; amma onlar da qəbul edəcəklər ki, daş sadəcə beyinlərindəki bir hissdir.
Materialistlərin bu mövzudakı müqavimətlərinin təməlində yenə çox zaman bu mövzunu qavraya bilməmələri durur. Maddənin mütləq varlığına özlərini doqmatik bir şəkildə inandırmışlar və bunu müzakirə etməkdən şiddətlə çəkinirlər. Biz onları bir az daha səmimi düşünməyə dəvət edirik. Və düşünmək istəmədikləri bir həqiqəti onlar üçün düşünüb açıqlayırıq:
Bu həqiqət, əgər maddənin əsli ilə təmasda olduqlarını qəbul edirlərsə, özlərini də "qüllənin təpəsindəki kiçik adam" olaraq qəbul etmələri lazım olduğudur.