Hiss və vəhm mərtəbəsində yaradılmış olan maddə

Bu vəziyyət bizi çox əhəmiyyətli bir həqiqətə aparır: Əlaqədə olduğumuz dünya hisslər dünyası olduğuna görə, bütün bu hissləri sonsuz bilik, ağıl və gücə sahib olan bir Yaradıcı yaradır və bizə göstərir. O Yaradıcı, Quranda keçən ifadəylə "aləmlərin Rəbbi" olan Uca Allahdır.
Bu böyük həqiqətin daha da açıq ifadəsi budur: Bütün varlıqları Allah yoxdan yaratmışdır. Ancaq bütün varlıqlar, İslam alimlərinin ifadəsiylə "hiss və vəhm" mərtəbəsində, yəni bir hiss olaraq yaradılmışdır. Allah insana Öz ruhundan üflədiyi üçün, insan bu qavrayışların bir qismini qəbul edir və bunlara "dünya, kainat, maddə, cisim" kimi adlar verir. Bu adları da onsuz da insana Allah öyrətmişdir. Allahın yaratmış olduğu bu qavrayışların hamısı, Ona qeyd-şərtsiz boyun əymişdir və Onun istəyi ilə hərəkət edər. Yaradılmış varlıqların Allahdan müstəqil bir varlığı yoxdur. Ancaq Allah həqiqətdir, digər hər şey Onun vəhm mərtəbəsində yaratdığı xəyallardır.
İslam tarixinin ən böyük alimlərindən biri olaraq qəbul edilən İmam Rəbbani, “Məktubat”adlı əsərində bunu belə açıqlamışdır:
Var olan Allah idi, onunla bir şey yoxdu idi.
Vaxta ki, gizli kəmalatının zühura gəlməsini arzu etdi (ortaya çıxmasını istədi); adlarından hər birinə bir mazhar (görünmə yeri) tələb etdi. Ta ki, o mazhara, kəmalatını təcəlli etdirə. Onun vücud mazhariyətini və tevabiini isə, adəmdən (yoxluqdan) başqa bir şey qəbul etmədi. Çünki ... vücudun (varlığın) mukabili və mübayini (tərsi), yalnız adəmdir (yoxluqdur).
Məna yuxarıda izah edildiyi kimi olunca, Sübhan Haqq, kəmal-i qüdrəti ilə, adəm (yoxluq) aləmində adlardan hər bir ad üçün mazharlardan bir mazhar təyin etdi. Və onu, hiss və vəhm mərtəbəsində yaratdı. Həm də istədiyi vaxtda və istədiyi şəkildə ... Aləmin sübutu (sabitliyi), hiss və vəhm mərtəbəsində olub xaric mərtəbədə deyil ... Xaricdə (çöldə) belə, uca Vacib Zatın (Allahın) zat və sifətlərindən başqası da sabit və mövcud olmağa ... (Mektubat-ı Rabbani, 470-ci məktub, çev. Abdulkadir Akçiçek, Çile nəşriyyat, 1983, s. 517-18)
İmam Rəbbani, bir başqa məktubunda isə, bütün maddi aləmin yalnız vəhm mərtəbəsində yaradılmış olduğunu bir dəfə daha belə vurğulayır:
Yuxarıda belə bir cümlə istifadə etdim: “Sübhan Haqqın xalqı (Allahın yaratması), hiss və vəhm mərtəbəsindədir.” Bunun mənası bu mənaya gəlir: Allahu Təala, əşyanı elə bir mərtəbədə yaratmışdır ki, o mərtəbədə əşya üçün hiss və vəhmdən başqa bir yerdə sübut (sabitlik) və husul (varlıq) yoxdur. (Mektubat-ı Rabbani, 357-ci məktub, çev. Abdulkadir Akçiçek, Çile nəşriyyat, 1983, s. 163)
Diqqət edilsə, İmam Rəbbani, bizim gördüyümüz aləmin, yəni bütün varlıqların "vəhm mərtəbəsində", yəni hiss səviyyəsində yaradıldığını xüsusilə vurğulayır. Bu vəhm mərtəbəsindəki aləmin xaricində (xaricdə) isə yalnız Allahın Zatı var.
Görüldüyü kimi, müasir fizika və fiziologiya nəticəsində əldə etdiyimiz texniki həqiqətlər, bizlərə İslam alimləri tərəfindən əsrlər əvvəl xəbər verilmiş bir həqiqəti təsdiq edir: Maddə bir xəyaldır, əsl olan isə maddəni yoxdan var edən Uca Allahdır.