Görən, göz deyil

Bu ana qədər radiasiya növləri üzərində bu şəkildə texniki şərhlər etməyimizin səbəbi, bunların olduqları mühitdə "işıq" adlı bir təsir əmələ gətirmədiklərinin başa düşülməsi üçün idi. Bəhs etdiyimiz radioaktiv hissələr hərəkət edərlər, toqquşarlar, sıçrayarlar, bəzən qırar və pozarlar, fiziki və kimyəvi təsirlər meydana gətirərlər. Lakin meydana gətirdikləri təsirlərin heç biri işıq olaraq adlandırıla bilməz.
Bizim bu hissələrin bəzilərini "işıq şüaları" olaraq adlandırmağımızın tək səbəbi, bunların gözümüz tərəfindən qəbul edilməsidir. Gözümüzün arxasındakı retina təbəqəsinə düşən fotonlar, buradakı qavrama hüceyrələri tərəfindən elektrik cərəyanına çevrilirlər. Bu elektrik axını sinirlər tərəfindən beyindəki görmə mərkəzinə daşınar. Beyindəki görmə mərkəzi bu elektrik cərəyanlarını şərh edərək bir görünüş meydana gətirər.
Bu sistemə baxdığımızda maraqlı bir nəticəyə gəlirik: Əslində gözümüzün "görmə" kimi bir xüsusiyyəti yoxdur. Göz, sadəcə fotonları elektrik siqnalına çevirən ara bölmədir. İdrak etmə qabiliyyəti yoxdur. Ətrafımızı əhatə etdiyini düşündüyümüz tərtəmiz dünyanı seyr edən göz deyil. İşıq və ya rəng hissi gözdə meydana gəlməz.
Bu mövzunu daha yaxşı qavraya bilmək üçün görmənin texniki tərifini bir az daha ətraflı araşdıraq.
Biz hər bir tezlikdəki (titrəmədəki) fotonlara bir rəng adı veririk. Fotonun titrəmə uzunluğuna görə qırmızı, mavi və ya sarı deyərik. Bütün tezliklərin birləşməsi isə ağı meydana gətirər. Kağız ağdır, çünki hər tezliyi əks etdirər və bunların birləşməsi ağı meydana gətirər. Yarpaq yaşıldır, çünki yalnız yaşıl rəng hissi verən tezliklərdəki fotonları əks etdirir, geri qalanları əmər.  Şüşə şəffafdır, çünki fotonlar demək olar ki, heç bir maneə ilə qarşılaşmadan şüşənin içindən keçərək bizə çata bilərlər. Qara bir parça, bütün fotonları udduqları üçün geriyə heç bir şey əks olunmaz. Yəni buradan gözümüzə fotonlar çatmaz, biz də onu qaranlıq, yəni qara olaraq qəbul edirik. Güzgü görünüşün surətini göstərər, çünki əks etdirmə səthi hamardır və gələn şüalar toqquşub sıçradıqları anda bir-birlərinə olan paralellikləri demək olar ki, heç pozulmaz.
Bu məlumatlar, işıq, qaranlıq, ağ, yaşıl, şəffaf kimi anlayışlar beyində yaranan qavrayışdan ibarətdir, tamamilə nisbi anlayışlar olduğunu göstərir. Həqiqətdə xarici dünyada nə işıq, nə də rəng vardır. Sadəcə bizim bu şəkildə şərh edəcəyimiz radiasiya növləri vardır. Şərhlər tamamilə bizə aiddir. Gözdə meydana gələcək bir səhv və ya quruluşca bir fərqlilik, gələn fotonları fərqli elektrik siqnallarına çevirəcək və beyindəki görmə mərkəzi eyni xüsusiyyətdə belə olsa, göz tərəfindən işlənən siqnallar, eyni cismin çox fərqli şəkillərdə qəbul edilməsinə səbəb olacaq. Rəng korları ilə normal görənlərin müəyyən rəngləri çox fərqli qəbul etmələri və şərh etmələri bu səbəbdəndir.

Qısacası, bizim işıq və ya rəng olaraq şərh etdiyimiz foton hərəkətləri, zülmət qaranlıq bir mühitdə reallaşan fiziki hadisələrdən başqa bir şey deyil. Göz də daxil olmaq üzrə bütün bədənimiz və 3 ölçülü, rəngarəng bir məkan olaraq gördüyümüz, bəzi insanların qəti olaraq var olduğunu iddia etdikləri bütün maddi aləm, bu qaranlığın içində yerləşir.