Materializm: Dünya həyatının həqiqi zənn edilən zahiri şərhi

Burada izah etdiyimiz həqiqət, qavrandığında, insanların həyata olan baxışını kökündən dəyişdirəcək çox böyük bir sirdir.
İnsanların çox böyük bir hissəsi, bu sirdən xəbərsiz yaşayar. Gözləriylə gördükləri, əlləriylə tutduqları və adına "maddə" dedikləri qavrayışları mütləq bir həqiqət zənn edərlər. Bu səhvə düşən insanların iki baxış aspekti mövcuddur:
1) Materializm: Maddəni mütləq həqiqət sanan insanların bir hissəsi, maddə xaricində bir şey olmadığı yanılmasını irəli sürər. Bu batil inancın fəlsəfədəki adı materializmdir. Materialistlər Allahın açıq-aşkar olan varlığını cahil bir şəkildə inkar edərlər. Ruhun varlığını və ölümdən sonra həyatın varlığını da inkar edərlər.            
2) Yarı materializm: Maddəni mütləq həqiqət sanan insanların bir hissəsi də, maddənin xaricində də bir varlıq aləmi olduğuna inanır, ancaq yenə də maddənin "mütləq varlıq" olduğu, digər varlıq aləminin buna görə daha nisbi olduğunu zənn edir. Geniş olaraq istifadə edilən "metafizik" (fövqəlfiziki) və ya "fövqəltəbii" kimi anlayışların arxasında bu yanılma durar. Bu inanca sahib insanlar, maddənin mütləq bir varlığa sahib olduğunu, Allahın isə (Allahı tənzih edirik) sanki radio dalğaları kimi olduğunu zənn edərlər. Allahın "göydə" və ya kainatın bir başqa yerində olduğu kimi batil inanclar da eyni yanılmanın nəticələridir.            
Bu iki baxış aspekti də böyük bir səhvdir və dünyanın həqiqi mahiyyətini qavraya bilməməkdən qaynaqlanır. Allah bu həqiqəti Quranda belə xəbər verir:

Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir. Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir. Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.
(Rum
surəsi, 5-7)

Ayədə ayədə bəhs edilən "görünən tərəfi" sözünün ərəbcə əsli "zahir" sözüdür. "Zahir" anlayışı, "xarici görünüş" mənasını verər. Bunun qarşılığı olaraq da "batin" anlayışı vardır və hadisələrin zahirə görünməyən əsli, iç üzü mənasını verər. İnkarçılar dünyanın yalnız zahirini bilirlər. Bu səbəblə, Allahın varlığını, qüdrətini, bütün varlıqlar üzərindəki hakimiyyətini anlaya bilməzlər. Bəzisi Allahı inkar edər və materialist olar, bəzisi isə Allahın varlığına iman edər, ancaq Onun qüdrətini qavraya bilməz və yarı materialist olarlar. Quranda, Allahın varlığına inanan, ancaq Onun sonsuz qüdrətini, hər şey üzərindəki mütləq hakimiyyətini qavraya bilməyən və buna görə müxtəlif varlıqları Allaha şirk qoşan insanlardan ətraflı olaraq bəhs edilir.
Maddənin yalnız zehnimizdə qavradığımız halını bildiyimizi başa düşən insan isə, bu saydığımız yanılmalardan tamamilə xilas olar və dünya həyatının batinini bilmiş olar.
Bu batinin əhəmiyyətli bir istiqaməti, məkan anlayışının aradan qalxmasıdır.